BŞTİ I sinfə qəbulda liseyləri seçən uşaqların imtahanlardan keçmədikləri halda sonrakı aqibətlərinin necə olacağına aydınlıq gətirib

BŞTİ I sinfə qəbulda liseyləri seçən uşaqların imtahanlardan keçmədikləri halda sonrakı aqibətlərinin necə olacağına aydınlıq gətirib "Əhalini tam əmin edə bilərəm ki, istənilən müraciətə həssaslıqla yanaşılacaq"
Elm və təhsil
29 İyun , 2017 11:29
BŞTİ I sinfə qəbulda liseyləri seçən uşaqların imtahanlardan keçmədikləri halda sonrakı aqibətlərinin necə olacağına aydınlıq gətirib
Report.az

Bakı. 29 iyun. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) I sinfə qəbul zamanı sırf lisey və gimnaziyaları seçən uşaqların imtahanlardan keçmədikləri halda sonrakı aqibətlərinin necə olması məsələsinə aydınlıq gətirib.

"Report" xəbər verir ki, bununla bağlı jurnalistlərə açıqlama verən idarə müdiri Məhəbbət Vəliyeva bir çox məktəblərdə qəbul prosesinin bitdiyini xatırladıb.

O qeyd edib ki, bəzi valideynlər üstünlüyü lisey və ya gimnaziyalara veriblər: "Əgər həmin valideynlərin uşaqları imtahandan keçməyibsə, onların narahatlığı başadüşüləndir. Lakin seçim bütövlükdə cəmiyyətin ixtiyarındadır. Lisey və gimnaziyalara qəbul olmayan uşaqlar qonşuluqdakı ərazidə yerləşən digər məktəbə yerləşdirilə biləcək. Hazırda lisey və gimnaziyalara qəbul prosesi yekunlaşmaq üzrədir. Yaxın günlərdə qəbulun nəticələri açıqlanacaq. Hələlik bununla bağlı İdarəyə heç bir müraciət daxil olmayıb. Əhalini tam əmin edə bilərəm ki, istənilən müraciətə həssaslıqla yanaşılacaq". 

Son xəbərlər

Orphus sistemi