Yuxarı
    Bağlamaq

    BP Bakı Ali Neft Məktəbinə kitab kolleksiyası hədiyyə edib

    Kolleksiya riyaziyyat, neft-qaz mühəndisliyi, kimya mühəndisliyi, ingilis dilinin qrammatikası, bədii ədəbiyyat və soraq materiallarından ibarətdir

    Bakı. 2 dekabr. REPORT.AZ/ BP Bakı Ali Neft Məktəbinin (BANM) kitabxanasına kitab kolleksiyası hədiyyə edib. 

    Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Kolleksiya riyaziyyat, neft-qaz mühəndisliyi, kimya mühəndisliyi, ingilis dilinin qrammatikası, bədii ədəbiyyat və soraq materiallarından ibarətdir.

    Ali Məktəbdən bildirilib ki, BP kimi şirkətlərdən daxil olan hədiyyələr kitabxanaya maddi və mənəvi dəstək olmaqla, BANM-in tədris, elm, o cümlədən mədəniyyət mərkəzi funksiyasını yerinə yetirməsinə yardımçı olur: "BP-nin bu addımını Ali Məktəbin 5 illik yubileyi ərəfəsində kitabxana kolleksiyasının inkişafına etdikləri töhfə kimi qiymətləndirən BANM-in rəhbərliyi BP şirkətinə xüsusi minnətdarlıq bildirib".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi