BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və Fələstin səfiri Qərb Universitetində olub

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və Fələstin səfiri Qərb Universitetində olub Ali məktəbdə "29 noyabr Fələstin xalqı ilə Beynəlxalq həmrəylik günü” mövzusunda görüş təşkil olunub
Elm və təhsil
1 Dekabr , 2016 16:07
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və Fələstin səfiri Qərb Universitetində olub

Bakı 1 dekabr. REPORT.AZ/ Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərimin və BMT-nin Azərbaycandakı pezident əlaqələndiricisi Qulam İshaqzai Qərb Universitetində olublar.

"Report"un məlumata görə, qonaqların "29 noyabr Fələstin xalqı ilə Beynəlxalq həmrəylik günü” mövzusunda professor-müəllim və tələbə heyəti ilə görüşü təşkil olunub.

Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərim Fələstinin tarixinə nəzər salıb, təmsil etdiyi dövlətin xarici və daxili siyasətinin əsas xüsusiyyətlərindən danışıb. Diplomat beynəlxalq müstəvidə Azərbaycan və Fələstin dövlətlərinin qarşılıqlı münasibətlərindən söz açıb. Səfir sonda tələbələrin suallarını cavablandırıb və bir sıra məsələləri şərh edib.

BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai Fələstin dövlətinin prezidenti Mahmud Abbasın Fələstin xalqı ilə "Beynəlxalq həmrəylik günü" ilə əlaqədar bəyannaməsini tədbir iştirakçılarına çatdırıb və öz adından Fələstin xalqını bu bayram münasibətilə təbrik edib.

Tədbirin sonunda qonaqlar Qərb Universiteti ilə yaxından tanış olub, yeni fəaliyyətə başlayan BMT Depozitariya Kitabxanası qonaqlarda xüsusi maraq doğurub.

Qeyd edək ki, Qərb Universiteti tələbələrinə diplomatlarla birbaşa ünsiyyət yaratmaq, Azərbaycanın xarici əlaqələri və s. haqqında daha ətraflı məlumatlar əldə etmək imkanı yaratmaq məqsədi ilə "Səfir saatı” layihəsi həyata keçirir.

Son xəbərlər

Orphus sistemi