"Bir damlada həyat ver!" aksiyası keçirilib - FOTO

"Bir damlada həyat ver!" aksiyası keçirilib - FOTO Aksiya çərçivəsində yüzlərlə gəncə qan verilib
Elm və təhsil
7 Aprel , 2015 17:28
Bir damlada həyat ver! aksiyası keçirilib - FOTO

Bakı. 7 aprel. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisi 6 aprel - Ümumdünya Fiziki Aktivlik Günü münasibətilə Mərkəzi Qan Bankının Gəncə Bölməsi ilə birgə "Bir damlada həyat ver!" qanvermə aksiyası təşkil edib. Bu barədə "Report"a Mərkəzdən məlumat verilib.

Dövlət rəsmilərinin və gənclərin iştirak etdiyi aksiyaya Türkiyənin Gəncədəki baş konsulu Orhan İşıq da qatılıb. Ofisin rəhbəri Aygün Həsənzadə aksiyanın keçirilməsinin əhəmiyyəti barədə çıxış edib, Gəncə şəhərində qan xəstəliklərindən əziyyət çəkən şəxslərin qan ehtiyatının təmin edilməsinə dəstək verdiklərini bildirib. O qeyd edib ki, bundan sonra Mərkəz mütəmadi olaraq belə aksiyaları davam etdirəcək və gəncləri hər zaman sağlamlıq təşəbbüslərində fəal olmağa səsləyəcək.

Digər natiqlər də aksiyanın region gənclərinin sağlamlıqlarına diqqət artırılması baxımından əhəmiyyətli olduğunu vurğulayıb, sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə işlərinin aparılmasını, bu sahədə əməkdaşlıq imkanlarının artırılmasını yüksək qiymətləndirib.

Çıxışlardan sonra yüzlərlə gəncə qan verilib.

Son xəbərlər

Orphus sistemi