Bilik Fondunda Hikmət Babaoğlu ilə “İmzalı görüş” keçirilib

Bilik Fondunda Hikmət Babaoğlu ilə “İmzalı görüş” keçirilib Müəllif imzalı kitablarını görüş iştirakçılarına hədiyyə edib
Elm və təhsil
30 Yanvar , 2017 20:12
Bilik Fondunda Hikmət Babaoğlu ilə “İmzalı görüş” keçirilib

Bakı 30 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində keçirilən “İmzalı görüş” layihəsi üzrə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, yazıçı Hikmət Babaoğlu ilə görüş keçirilib.

Bilik Fondunun İnformasiya təminatı sektorundan "Report"a verilən məlumata görə, tədbirdə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, Milli Məclisin üzvü Aydın Hüseynov, ASAN könüllülərinin bir qrupu,Yeni Azərbaycan Partiyasının Binəqədi və Nərimanov Rayon Gənclər Təşkilatlarının üzvləriiştirak ediblər.

O.Səmədov deyib ki, yeniyetmələrin və gənclərin mütaliəyə marağını stimullaşdırmaq üçün onların çağdaş dövrün tanınmış simaları ilə görüşlərinin təşkili vacibdir.

Çıxış edənlər - “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, Milli Məclisin üzvü Aydın Hüseynov Hikmət Babaoğlunun jurnalist, politoloq, pedaqoq, yazar kimi yaradıcılığından danışıblar. Vurğulanıb ki, oxucuların əsərlərin müzakirəsinə, belə tədbirlərdə fikir mübadiləsinə qatılmasıhəm onların dünya görüşünün inkişafına müsbət təsir göstərir, həm də yazarları və araşdırmaçıları yaradıcılığa sövq edir.

Hikmət Babaoğlu son dövrlər yazdığı əsərlər barədə tədbir iştirakçılarına məlumat verib, gənclərin çoxsaylı suallarını cavablandırıb.

Sonda müəllif imzalı kitablarını görüş iştirakçılarına hədiyyə edib.

Son xəbərlər

Orphus sistemi