Bakı. 15 yanvar. REPORT.AZ/ Prezident yanında Bilik Fondu ilə Təhsil Problemləri İnstitutu arasında əməkdaşlıq sazişi imzalanıb.
Bu barədə "Report"a Bilik Fondunun İnformasiya təminatı sektorundan məlumat verilib.
Məlumata görə, sazişin bağlanmasında məqsəd ölkə əhalisinin maarifləndirilməsi, milli təhsil konsepsiyasının müddəalarının yerinə yetirilməsi istiqamətində müştərək layihələrin həyata keçirilməsidir.