Yuxarı

​Bilik Fondu ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyi 20 Yanvara həsr edilmiş tədbir keçirib

Şagirdlərin faciəni əks etdirən rəsmləri də sərgilənib

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyi 20 Yanvara həsr edilmiş birgə tədbir keçirib.

Bu barədə "Report"a Bilik Fondunun İnformasiya təminatı sektorundan məlumat verilib.

Tədbirdə Bakıda təhsil alan xarici ölkə tələbələri, paytaxt məktəbliləri, KİV və QHT nümayəndələri, Bilik Fondunun və Tarix muzeyin əməkdaşları iştirak ediblər.

Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı hər il yanvar hadisələrinin ildönümündə bu faciəni təkrar yaşadığını deyərək gənc nəslin tariximizin bu şanlı səhifəsini daim yaşatmasının vacibliyini vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev 1990-cı ilin tarixi hadisələri barədə müfəssəl məlumat verib, özünün şahidi olduğu reallıqlardan bəhs edib.

Tədbir çərçivəsində Dövlət Uşaq Filarmoniyasının şagirdlərinin faciəni əks etdirən rəsmləri sərgilənib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi