Yuxarı
    Bağlamaq

    Bilik Fondu Cənubi Koreya səfirliyi ilə əməkdaşlığı genişləndirir

    Cənubi Koreyanın Azərbaycandakı səfiri fondda olub, bir sıra məsələlər müzakirə olunub

    Bakı 10 yanvar. REPORT.AZ/ Cənubi Koreyanın Azərbaycandakı səfiri Kim Çanq-Gyu Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda olub.

    Bilik Fondunun İnformasiya təminatı sektorundan "Report"a verilən məlumata görə, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və fondun əməkdaşları ilə keçirilən görüşdə xalqların bir-biri ilə daha sıx əlaqələr yaratması istiqamətində həyata keçirilə biləcək layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

    Bilik Fondunun fəaliyyəti barədə ətraflı məlumat verən icraçı direktor fondun xüsusən beynəlxalq səviyyədə gördüyü işlərə diqqət çəkib.

    O.Səmədov səfir Kim Çanq-Gyunu Bilik Fondunun "Səfir saatı" klubuna üzv olmağa dəvət edib. Klub Azərbaycanda fəaliyyət göstərən səfirliklərin, diplomatik nümayəndəliklərin rəhbər şəxslərini yerli və xarici gənclərlə görüşdürəcək, ölkəmizi daha yaxından tanımaları üçün diplomatların bölgələrə səfərlərini gerçəkləşdirəcək.

    O.Səmədov Azərbaycanla Cənubi Koreya arasında elmi, mədəni münasibətlərin genişlənməsinə xidmət edən maarifləndirici tədbirlərin mütəmadiliyini təmin etmək məqsədi ilə Niyyət Protokolunun imzalanmasına ehtiyac olduğunu bildirib.

    Səfir Kim Çanq-Gyu Bilik Fondunda olmaqdan zövq aldığını bildirərək, əməkdaşlığın perspektivlərindən söz açıb. Azərbaycanlılarla cənubi koreyalıların eyni dil qrupuna aid olduqlarını deyən səfir bu səbəbdən hər iki xalqın oxşar cəhətlərindən danışıb. 

    O, Bilik Fondunun təkliflərini müsbət dəyərləndirdiyini və fondla səfirlik arasında Niyyət Protokolu imzalanandan dərhal sonra əməkdaşlığa başlamağın zəruriliyini bildirib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi