Yuxarı
    Bağlamaq

    Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlıda modul tipli məktəblər quraşdırılacaq - SİYAHI

    Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

    Bakı. 27 mart. REPORT.AZ/ Prezident İlham Əliyev martın 27-də “Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” sərəncam imzalayıb.

    "Report" xəbər verir ki, Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında cəmi 824 şagird yerlik modul tipli 12 məktəbin quraşdırılması məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 4 milyon 172 min manatı Təhsil Nazirliyinə ayrılıb.

    Sərəncama əsasən, Biləsuvarın Muğankənd, Neftçalanın Mirzəqurbanlı, Qaraqaşlı, Aşağı Surra, Xoltəzəkənd, Xolqaraqaşlı, Qazaxbərəsi, Pirəbbə, İmişlinin Muradxanlı, Beyləqanın Əhmədli və Gödəklər kənd məktəbləri, həmçinin Saatlı şəhər 1 nömrəli ümumi orta məktəb üçün modul tipli binalar quraşdırılacaq.

    Sıra №-siTəhsil müəssisələrinin adlarıAyrılan vəsait
    1Biləsuvar rayonu Muğankənd kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması390 000
    2Neftçala rayonu Mirzəqurbanlı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması315 000
    3Neftçala rayonu Qaraqaşlı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması315 000
    4Neftçala rayonu Eldar Rəhmanov adına Aşağı Surra kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması315 000
    5Neftçala rayonu Rövşən Babayev adına Xoltəzəkənd kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması390 000
    6Neftçala rayonu Xolqaraqaşlı kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması390 000
    7Neftçala rayonu Qazaxbərəsi kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması315 000
    8Neftçala rayonu Pirəbbə kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması262 000
    9İmişli rayonu Muradxanlı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması315 000
    10Saatlı şəhər 1 nömrəli 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması315 000
    11Beyləqan rayonu, Əhmədli kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması425 000
    12Beyləqan rayonu Gödəklər kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması425 000
    Cəmi4 172 000
    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi