Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlıda modul tipli məktəblər quraşdırılacaq - SİYAHI

Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlıda modul tipli məktəblər quraşdırılacaq - SİYAHI Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Elm və təhsil
27 Mart , 2018 18:12
Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlıda modul tipli məktəblər quraşdırılacaq - SİYAHI

Bakı. 27 mart. REPORT.AZ/ Prezident İlham Əliyev martın 27-də “Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” sərəncam imzalayıb.

"Report" xəbər verir ki, Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında cəmi 824 şagird yerlik modul tipli 12 məktəbin quraşdırılması məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 4 milyon 172 min manatı Təhsil Nazirliyinə ayrılıb.

Sərəncama əsasən, Biləsuvarın Muğankənd, Neftçalanın Mirzəqurbanlı, Qaraqaşlı, Aşağı Surra, Xoltəzəkənd, Xolqaraqaşlı, Qazaxbərəsi, Pirəbbə, İmişlinin Muradxanlı, Beyləqanın Əhmədli və Gödəklər kənd məktəbləri, həmçinin Saatlı şəhər 1 nömrəli ümumi orta məktəb üçün modul tipli binalar quraşdırılacaq.

Sıra №-si Təhsil müəssisələrinin adları Ayrılan vəsait
1 Biləsuvar rayonu Muğankənd kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 390 000
2 Neftçala rayonu Mirzəqurbanlı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 315 000
3 Neftçala rayonu Qaraqaşlı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 315 000
4 Neftçala rayonu Eldar Rəhmanov adına Aşağı Surra kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 315 000
5 Neftçala rayonu Rövşən Babayev adına Xoltəzəkənd kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 390 000
6 Neftçala rayonu Xolqaraqaşlı kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 390 000
7 Neftçala rayonu Qazaxbərəsi kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 315 000
8 Neftçala rayonu Pirəbbə kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 262 000
9 İmişli rayonu Muradxanlı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 315 000
10 Saatlı şəhər 1 nömrəli 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 315 000
11 Beyləqan rayonu, Əhmədli kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 425 000
12 Beyləqan rayonu Gödəklər kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 425 000
Cəmi 4 172 000

Son xəbərlər

Orphus sistemi