Yuxarı
    Bağlamaq

    Bəzi orta məktəblərdə istilik problemi yaranıb - YENİLƏNİB

    Təhsil Nazirliyi: Müəyyən problemlər olur ki, bu da “Azəristiliktəchizat” ASC ilə əlaqədar məsələdir

    Bakı. 9 dekabr. REPORT.AZ/ "Bakıda və rayonlarda yerləşən orta məktəblərin isidilməsinə noyabrın 15-dən, dağlıq rayonların məktəblərində isə dekabrın 1-dən start verilib. Paytaxt məktəblərinin təxminən 50 faizi "Azəristiliktəchizat" ASC-nin balansındadır. Fərdi qazanxanası olan məktəblər Təhsil Nazirliyinin tabeliyindədir. Həmin qazanxanalarda istliklə bağlı müəyyən problem ola bilər". Bunu "Report"a açıqlamasında "Azəristiliktəchizat" ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev deyib.

    Onun sözlərinə görə, fərdi qazanxanalarda yarana biləcək problemlərə görə“Azəristiliktəchizat” ASC məsuliyyət daşımır: "Lakin qurumumuzun istilik verdiyi məktəblərdən heç birindən temperaturla bağlı şikayət daxil olmayıb. Qış mövsümü başlamazdan əvvəl məktəblərdə işlərə başlayırıq, problem müşahidə olunarsa, həll edirik. Paytaxt məktəblərinin isə hamısı qazla təmin olunur".

    Təhsil Nazirliyindən isə "Report"a bildirilib ki, bəzi məktəblərdə qazın təzyiqinin aşağı olması ilə bağlı müəyyən problemlər olur: "Bu da “Azəristiliktəchizat” ASC ilə əlaqədar məsələdir".

    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Report"un sorğusuna cavab olaraq bildiriblər ki, 301 məktəb istiliklə tam təmin olunub: "Hazırda 9 məktəbdə müxtəlif səbəblərdən mövcud olan problemin aradan qaldırılması üçün iş gedir və ən qısa zamanda bu məktəblər də istiliklə təmin olunacaq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi