Yuxarı

Bəzi məktəblərdə məktəbəhazırlıq qruplarının təşkilinin dayandırılmasına münasibət bildirilib - RƏSMİ

Avaz Yusifov: Qruplarda uşaqların minimum sayı 15, maksimum isə 30-dur

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi bəzi məktəblərdə məktəbəhazırlıq qruplarının təşkilinin dayandırılmasına münasibət bildirib.

"Report"un məlumatına görə, İdarənin ümumtəhsil sektorunun müdiri Avaz Yusifov deyib ki, qruplara kifayət qədər uşaq yığa bilməyən məktəblərdə proses dayandırılıb: "Çünki qruplarda uşaqların minimum sayı 15, maksimum isə 30-dur. Kənd yerlərində isə yerli təhsil idarəetmə orqanları ilə razılaşdırmaqla 10-15 uşaqdan ibarət məktəbəhazırlıq qrupları təşkil etmək olar".

Onun sözərinə görə, bəzi məktəblərin resursları, yəni sinif otaqları çatmadıqlarına görə orada belə qrupların təşkil olunması qeyri-mümkündür: "Bəzi məktəblərdə isə uşaqların sayı az olduğuna görə orada hazırlıq qruplarının təşkili dayandırılıb".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi