Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların Təsnifatında dəyişiklik edilib

    Dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb

    Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti "Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nda dəyişiklik edib.

    "Report"un xəbərinə görə, dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

    Qərara əsasən, Təsnifata yeni ixtisaslar əlavə olunub. Belə ki, Təsnifatın "Bakalavriat səviyyəsi üzrə" bölməsinə "XTB050107 Xüsusi təyinatlı texnika və sistemlər" sətrindən sonra "XTB050108 İnformasiya-təhlil fəaliyyəti" sətri, "Magistratura səviyyəsi üzrə" bölməsinə "XTM060008 Xüsusi təyinatlı texnika və sistemlər" sətrindən sonra "XTM060009 İnformasiya-təhlil fəaliyyəti" sətri əlavə edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi