Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin sənəd qəbulu başlayır

Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin sənəd qəbulu başlayır İyunun 19-dan beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin sənəd qəbulu başlayır.
Elm və təhsil
18 İyun , 2019 16:52
Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin sənəd qəbulu başlayır

İyunun 19-dan beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin sənəd qəbulu başlayır.

Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədən kənar qəbul olunurlar.

Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları dedikdə aşağıdakı proqramlar nəzərdə tutulur:

- Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme);

- Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education);

- Yüksək yerləşdirmə (Advanced Placement).

Müsabiqədə iştirak etmək istəyənlər iyunun 19-dan iyulun 17-dək aşağıdakı sənədləri Dövlət İmtahan Mərkəzinə (Ünvan: Yasamal rayonu, Mikayıl Müşfiq küç., 1M) və ya Mərkəzin regional bölmələrindən birinə təqdim etməlidirlər:

1. “Abituriyentin elektron ərizəsi” nin surəti;

2. Müvafiq proqram üzrə əldə olunmuş təhsil sənədinin əslini və surətini, həmçinin həmin sənədin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini.

1984-2001-ci il təvəllüdlü (2001-ci il iyulun 30-na qədər anadan olmuş) 35 yaşınadək olan çağırışçıların ali təhsil müəssisələrinə sənəd vermək üçün möhlət haqqında arayışı və hərbi sənədlərində bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatı olmalıdır. Hərbi qeydiyyatın aparılması Dövlət Xidməti tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

Qeyd olunan proqramlar üzrə təhsil almış abituriyentlər proqram üzrə təhsil aldıqları dildə tədris aparılan ixtisasları seçə bilərlər.

Bu abituriyentlər “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na əsasən Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verib məqbul qiymət almalıdırlar.

Abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu üçün hər bir ixtisas üzrə və hər tədris ili üçün keçid balı aşağıda göstərilən ixtisaslar üzrə və keçid ballarının minimum və maksimum hədləri əsasında Təhsil Nazirliyi ilə razılaşdırılmaqla Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilir:


Proqramlar üzrə keçid ballarının minimum və maksimum hədləri
Beynəlxalq Bakalavriat Diplom Proqramı
Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (müvafiq üç imtahan fənni üzrə)
Yüksək yerləşdirmə (müvafiq üç imtahan fənni üzrə)
1. Beynəlxalq münasibətlər 28-35 C və ya B 3 və ya 4
2. Biologiya 26-30 C və ya B 3 və ya 4
3. Biotibbi texnologiya mühəndisliyi 26-30 C və ya B 3 və ya 4
4. Biznesin idarə edilməsi 26-30 C və ya B 3 və ya 4
5. Cihazqayırma mühəndisliyi 26-30 C və ya B 3 və ya 4
6. Dövlət və bələdiyyə idarəetməsi 28-30 C və ya B 3 və ya 4
7. Dövlət və ictimai münasibətlər 28-35 C və ya B 3 və ya 4
8. Dünya iqtisadiyyatı 26-30 C və ya B 3 və ya 4
9. Ekologiya mühəndisliyi 26-30 C və ya B 3 və ya 4
10. Elektroenergetika mühəndisliyi 26-30 C və ya B 3 və ya 4
11. Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi 26-30 C və ya B 3 və ya 4
12. Fizika 26-30 C və ya B 3 və ya 4
13. Geofizika mühəndisliyi 26-30 C və ya B 3 və ya 4
14. İnformasiya texnologiyaları 26-30 C və ya B 3 və ya 4
15. İnşaat mühəndisliyi 26-30 C və ya B 3 və ya 4
16. İqtisadiyyat 28-35 C və ya B 3 və ya 4
17. Jurnalistika 26-30 C və ya B 3 və ya 4
18. Kimya 26-30 C və ya B 3 və ya 4
19. Kimya mühəndisliyi 26-30 C və ya B 3 və ya 4
20. Kompüter elmləri 26-35 C və ya B 3 və ya 4
21. Kompüter mühəndisliyi 26-35 C və ya B 3 və ya 4
22. Maliyyə 26-30 C və ya B 3 və ya 4
23. Marketinq 26-30 C və ya B 3 və ya 4
24. Menecment 26-30 C və ya B 3 və ya 4
25. Metrologiya, standartlaşdırma və
sertifikasiya mühəndisliyi
26-30 C və ya B 3 və ya 4
26. Mexanika mühəndisliyi 26-30 C və ya B 3 və ya 4
27. Mexatronika və robototexnika
mühəndisliyi
26-30 C və ya B 3 və ya 4
28. Mühasibat uçotu və audit 26-30 C və ya B 3 və ya 4
29. Neft-qaz mühəndisliyi 26-30 C və ya B 3 və ya 4
30. Politologiya 26-30 C və ya B 3 və ya 4
31. Proseslərin avtomatlaşdırılması
mühəndisliyi
26-30 C və ya B 3 və ya 4
32. Psixologiya 26-30 C və ya B 3 və ya 4
33. Riyaziyyat 26-30 C və ya B 3 və ya 4
34. Sənaye mühəndisliyi 26-30 C və ya B 3 və ya 4
35. Sənayenin təşkili və idarə olunması 26-30 C və ya B 3 və ya 4
36. Sistem mühəndisliyi 26-30 C və ya B 3 və ya 4
37. Sosiologiya 26-30 C və ya B 3 və ya 4
38. Turizm və otelçilik 25-28 C və ya B 3 və ya 4
39. Aqronomluq 25-28 C və ya B 3 və ya 4
40. Hüquqşünaslıq 30-34 C və ya B 3 və ya 4
41. Memarlıq 25-28 C və ya B 3 və ya 4

Burada “müvafiq üç imtahan fənni” dedikdə, I-IV ixtisas qrupları üzrə müəyyən olunmuş imtahan fənləri nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi