Yuxarı

​Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Bakıda ofisi açılır

Bu, Şəbəkənin Avropa üzrə regional ofisi olacaq

Bakı. 11 sentyabr. REPORT.AZ/ Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) dünyada 200-dən artıq üzvü var. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında INCU-nun yaradıcısı və prezidenti Devid Uidouson (David Widdowson) deyib.

Onun sözlərinə görə, Bakıda açılan ofis Avropa üzrə regional ofisdir: "Biz bir müddət idi ki, Avropada regional ofis açmaq istəyirdik. Müxtəlif ölkələrlə danışıqlar apardıq və qərara aldıq ki, bu ofisi Bakıda açaq".

O, həmçinin tərəfdaşlığa görə Azərbaycan Dövlət Gömrük Komitəsinə minnətdarlıq edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi