Bəxtiyar Əliyev: “Ölkədə defektoloji-loqopedik mərkəzlər yaradılmalıdır”

Bəxtiyar Əliyev: “Ölkədə defektoloji-loqopedik mərkəzlər yaradılmalıdır” Milli Məclisin komitə sədrinin müavini: “Həmin vaxtdan 15-20 il keçsə də, onların heç biri həyata keçirilməyib”
Elm və təhsil
6 Aprel , 2017 12:11
Bəxtiyar Əliyev: “Ölkədə defektoloji-loqopedik mərkəzlər yaradılmalıdır”

Bakı. 6 aprel. REPORT.AZ/ “Vaxtilə sağlamlıq imkanları məhdud olan uşaqların məktəbəqədər təhsili ilə bağlı qəbul edilən qanunda defektoloji-loqopedik mərkəzlərin, ciddi bioloji komissiyaların yaradılması nəzərdə tutulmuşdu. Lakin həmin vaxtdan 15-20 il keçsə də, onların heç biri həyata keçirilməyib”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədrinin müavini Bəxtiyar Əliyev deyib.

O bildirib ki, loqopediya-defektologiya ilə bağlı ali məktəblərdə ixtisaslar açıla, bununla bağlı Nazirlər Kabintinə təkliflər verilə bilər: “Bundan əlavə, məsələ ilə əlaqədar Səhiyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, rayon icra hakimiyyətləri, bələdiyyələr təkliflə çıxış edərək ali və orta məktəblərdə sözügedən ixtisasların açılması ilə bağlı məsələyə baxa bilərlər. Bu mütəxəssilərin məktəbəqədər təhsilə cəlb edilməsi də mütləq məsələdir”.

Son xəbərlər

Orphus sistemi