Bədən Tərbiyəsi və İdman Akademiyasında imtahanlar ilk dəfə onlayn test formatında keçiriləcək

Bədən Tərbiyəsi və İdman Akademiyasında imtahanlar ilk dəfə onlayn test formatında keçiriləcək Bütün fənlər üzrə sual bankı hazırlanıb
Elm və təhsil
18 May , 2016 15:52
Bədən Tərbiyəsi və İdman Akademiyasında imtahanlar ilk dəfə onlayn test formatında keçiriləcək

Bakı. 18 may. REPORT.AZ/ Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ilk dəfə olaraq imtahanlar onlayn test formatında keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən "Report"a verilən məlumata görə, mayın 30-dan etibarən Akademiyada yaz sessiyası başlayacaq.

İmtahan sessiyasında biliyin qiymətləndirilməsinin şəffaflığını təmin etmək məqsədilə akademiyanın tarixində ilk dəfə olaraq imtahanlar onlayn test formatında keçiriləcək. Bu məqsədlə təhsil ocağında son İKT tələblərinə uyğun avadanlıq, proqram təminatı və yüksəksürətli internet xətti ilə təmin edilmiş xüsusi auditoriya yaradılıb. Bununla yanaşı, bütün fənnlər üzrə sual bankı hazırlanıb.

Tələbələrin imtahana hazırlığını təmin etmək üçün hazırda onlayn test formatında sınaq imtahanları keçirilir. Sınaq imtahanlarında bütün tələbələr iştirak edirlər.

Qeyd edək ki, sessiya zamanı imtahanların şəffaf və qərəzsiz keçilməsinə əmin olmaq üçün tələbələrin valideynləri də bütün imtahan prosesini müşahidə etmək imkanını əldə edəcəklər.

Son xəbərlər

Orphus sistemi