Yuxarı

BDU-nun professoru vəfat edib

BDU-nun professoru vəfat edib

Universitetin Üzvi kimya kafedrasının professoru Mirzə Allahverdiyev 70 yaşında dünyasını dəyişib

Bakı. 7 fevral. REPORT.AZ/ Bakı Dövlət Universitetinin (BDU) professoru vəfat edib. 

“Report”un məlumatına görə, universitetin Üzvi kimya kafedrasının professoru Mirzə Allahverdiyev 70 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, M.Allahverdiyev 15 sentyabr 1947-ci ildə Qərbi Azərbaycanın Amasiya rayonunun Güllübulaq kəndində anadan olub. 1965-ci ildə həmin kəndin onbirillik məktəbini qızıl medalla bitirib və BDU-ya daxil olub. 1970-ci ildə BDU-nu fərqlənmə diplomu ilə başa vurub.

2005-ci ildə təqdim olunan nəticələrinə görə BDU üzrə “İlin alimi” fəxri adı ilə təltif edilib. 2007-ci ildə biblioqrafik göstəricilərinə görə ABŞ-da dərc olunan “Dünyada kim kimdir” kitabına daxil edilib. 2007-ci ildə 60-illik yubileyi ilə əlaqədar Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” medalı, 2009-cu ildə BDU-nun 90 illiyi ilə əlaqədar “Tərəqqi” medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi