BDU-nun Jurnalistika fakültəsinin maddi-texniki bazası gücləndiriləcək

BDU-nun Jurnalistika fakültəsinin maddi-texniki bazası gücləndiriləcək Dekan, dekan müavinləri və kafedra müdirlərinin bu istiqamətdə təkliflərini dinləyən rektor müvafiq göstərişlər verib
Elm və təhsil
19 Fevral , 2015 17:05
BDU-nun Jurnalistika fakültəsinin maddi-texniki bazası gücləndiriləcək

Bakı. 19 fevral. REPORT.AZ/ Bu gün Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov Jurnalistika fakültəsində olub. 

BDU-nun Mətbuat və informasiya şöbəsindən "Report"a verilən məlumata görə, görüşdə fakültənin maddi-texniki bazasının gücləndirilməsi, yeni studiyanın yaradılması, tələbə-müəllim dialoqunun səmərəliliyini artırmaq məqsədilə xüsusi texniki avadanlıqlarla təchiz edilmiş auditoriyaların yaradılması, "Azercell" şirkəti tərəfindən yaradılmış Barama İnnovasiya Mərkəzinin media qrupunun fakültədə həyata keçirmək istədiyi layihələr müzakirə olunub.

Dekan, dekan müavinləri və kafedra müdirlərinin bu istiqamətdə təkliflərini dinləyən rektor müvafiq göstərişlər verib.

Qərara alınıb ki, fakültə qısa müddət ərzində interaktiv lövhələr, çoxfunksiyalı (televizor, kompyuter və s.) aktiv ekranlar, proyektorlar və digər texniki avadanlıqlarla təmin olunsun və bir neçə auditoriya müasir standartlara cavab verən texnologiyalarla təmin olunaraq tələbələrin istifadəsinə verilsin.

Son xəbərlər

Orphus sistemi