BDU-nun Hüquq fakültəsinə yeni ixtisaslaşmalar verilib

BDU-nun Hüquq fakültəsinə yeni ixtisaslaşmalar verilib Bakı. 23 fevral. REPORT.AZ/ Nazirlər Kabinetinin 19 fevral 2018-ci il tarixli qərarı ilə Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin magistratura səviyyəsinə yeni ixtisaslaşmalar əlavə edilib. 
Elm və təhsil
23 Fevral , 2018 20:09
BDU-nun Hüquq fakültəsinə yeni ixtisaslaşmalar verilib

Bakı. 23 fevral. REPORT.AZ/ Nazirlər Kabinetinin 19 fevral 2018-ci il tarixli qərarı ilə Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin magistratura səviyyəsinə yeni ixtisaslaşmalar əlavə edilib. 

BDU-nun Mətbuat və informasiya şöbəsindən "Report"a verilən məlumata görə, bunlar əqli mülkiyyət hüququ, tibb hüququ, əmək və sosial təminat hüququ, inzibati hüquq, inzibati proses, iqtisadi və maliyyə hüququ, idman hüququ, turizm hüququ ixtisaslaşmalarıdır.

Qeyd edək ki, Hüquq fakültəsinin magistratura səviyyəsində tədris Azərbaycan, rus, ingilis və alman dillərində aparılır. İndiyədək 11 ixtisaslaşma üzrə kadr hazırlığı aparılan fakültədə yeni tədris ilindən qəbul 17 ixtisaslaşma üzrə aparılacaq.

Son xəbərlər

Orphus sistemi