Yuxarı

​BDU ilə Şanxay Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

Abel Məhərrəmov Şanxay Universitetindən olan nümayəndə heyəti ilə görüşüb

Bakı. 3 iyun. REPORT.AZ/ Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Çin Xalq Respublikasının Şanxay Universitetindən olan nümayəndə heyəti ilə görüşüb. Bu barədə “Report”a BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib.

Nümayəndə heyətinin rəhbəri Sya Syaoxe BDU ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb. Rektor Abel Məhərrəmov qonaqlara BDU haqqında məlumat verib, universitetdə tədris olunan Çin dili və ədəbiyyatı, o cümlədən Konfutsi İnstitutu haqqında danışıb. 

Görüşün sonunda universitetlərarası beynəlxalq əlaqələrin inkişafı barədə Anlaşma Memorandumu imzalanıb. Memorandumda tədqiqatçı, aspirant və magistrantların mübadiləsi, birgə layihələr üzərində elmi araşdırmalar aparılması, alimlərin və müəllimlərin ixtisaslarını artırma məqsədilə təcrübə mübadiləsi, birgə seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda birgə iştirak nəzərdə tutulur. Görüşdə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin Çin dili və ədəbiyyatı ixtisası üzrə doktorantı Li Jen Yinə Şanxay Universitetinin diplomu təqdim edilib. Qeyd olunub ki, Li Jen Yin bundan sonra Şanxay Universiteti ilə Bakı Dövlət Universiteti, o cümlədən Azərbaycanın digər universitetləri ilə əməkdaşlıq üzrə məsul şəxs kimi fəaliyyət göstərəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi