BDU-da “Ekoloji Aksiya” keçirilib

BDU-da “Ekoloji Aksiya” keçirilib Aksiyanın məqsədi ətraf mühitin qorunması və dövlətin ekoloji siyasətinə dəstək olmaqdır
Elm və təhsil
30 Aprel , 2016 16:09
BDU-da “Ekoloji Aksiya” keçirilib

Bakı. 30 aprel. REPORT.AZ/ “Bir” Tələbə - Könüllü Proqramı çərçivəsində Bakı Dövlət Universitetində (BDU) “Ekoloji Aksiya” keçirilib.

Bu barədə "Report"a BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib.

Məlumata görə, aksiyanın məqsədi ətraf mühitin qorunması və dövlətin ekoloji siyasətinə dəstək olmaqdır. Aksiya zamanı Bakı Dövlət Universitetinin həyətində xüsusi çadır qurulub. Ağacəkmə fəaliyyətinin icrası üçün lazımi avadanlıqların yerləşdirildiyi çadırda, eyni zamanda, müvafiq işlər üzrə məsul şəxslər müəyyən olunub və iş bölgüsü aparılıb. Aksiyada iştirak edən tələbələr universitet həyətini təmizləyiblər, ağac əkilbər və əhəngləyiblər.

Qeyd edək ki, “Bir” Tələbə-Köüllü proqramı tələbələrin asudə vaxtlarının səmərəli təşkil edilməsi, onların müxtəlif tədbir və təlimlərdə iştirakının təmin edilməsi, yardıma ehtiyacı olan şəxslərə köməklik göstərilməsində iştirakını nəzərdə tutur. “Bir” Tələbə- Köüllü proqramı 6 istiqamətdə - Öyrən, Öyrət, Yaşa, Yaşat, kəşf et, Zövq al-dan ibarətdir. Yaşa istiqaməti çərçivəsində tələbələr “Ekoloji Aksiya” həyata keçirir.

Son xəbərlər

Orphus sistemi