Yuxarı
    Bağlamaq

    BDU-da boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edilib - SİYAHI

    Bakı. 1 dekabr. REPORT.AZ/ Bakı Dövlət Universiteti (BDU) boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edib.

    “Report” xəbər verir ki, universitetin Bitki fiziologiyası, Üzvü kimya, Ərəb filologiyası, Cinayət prosesi, Pedaqogika, Kitabxana resursları və informasiya axtarış sistemləri kafedaralarının müdiri vəzifələri boşdur. 

    BDU eyni zamanda vakant professor - müəllim vəzifəsini tutmaq üçün də müsabiqə elan edib. Ali məktəbin Riyaziyyat və onu tədrisi metodikası (müəllim - 1 yer), Riyazi analiz (dosent - 2 yarımştat), Ali riyaziyyat (dosent - yarım ştat), İdarəetmə nəzəriyyəsinin riyazi üsulları (professor – 1 yer), Fizika elektronika (professor – 1 yer, professor – yarımştat, dosent – 1 yer, müəllim – yarımştat), Yarımkeçiricilər fizikası (dosent – yarımştat), Nəzəri fizika (professor – 1 yer), Ümumi və qeyri-üzvi kimya (dosent – 1 yer), İnsan və heyvan fiziologiyası (dosent – 1 yer), Botanika (müəllim – 1 yer, müəllim – yarımştat), Mikrobiologiya (dosent – 1 yer), Genetika və təkamül təlimi (dosent – 1 yer), Ekoloji kimya (professor – yarımştat, baş müəllim – 1 yer, dosent – 1 yer), İqtisadi və sosial coğrafiya (dosent – 1 yer), Azərbaycan dilçiliyi (dosent – 1 yer), Dünya ədəbiyyatı (dosent – 1 yer), İngilis dili (təbiət fakültələri üzrə) (dosent – 1 yer, müəllim – 1 yer), İngilis dili (humanitar fakültələr üzrə) (baş müəllim – 1 yer, müəllim – yarımştat), Rus dili (təbiət fakülətələri üzrə) (baş müəllim - 1 yer), Rus dilçiliyi (dosent – 1 yer), Azərbaycan tarixi (humanitar fakültələr üzrə) (müəllim – yarımştat), Azərbaycan tarixi (təbiət fakültələri üzrə) (dosent – 1 yer), Asiya və Afrika ölkələri tarixi (dosent – 1 yer), Arxeologiya və etnoqrafiya (dosent – 1 yer), Beynəlxalq ümumi hüquq (dosent – 1 yer), Kosntitusiya hüququ (professor – yarımştat), Dövlət və hüquq nəzəriyyəsi və tarixi (professor – yarımştat), Dünya iqtisadiyyatı (dosent – 1 yer, müəllim – yarımştat), İqtisadiyyat və idarəetmə (müəllim – yarımştat), Diplomatiya və müasir inteqrasiya prosesləri (dosent – yarımştat), Beynəlxalq münasibətlər (müəllim – yarımştat), Ərəb filologiyası (dosent – 1 yer), Türki filologiyası (dosent – yarımştat), Politologiya və sosiologiya (professor – 1 yer), Pedaqogika (dosent – yarımştat), Kitabxana resursları və informasiya axtarış sistemləri (dosent – yarımştat) və Biblioqrafiyaşünaslıq (müəllim – yarımştat, dosent – yarımştat) kafedralarında vakansiya var.

    Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini 1 ay müddətində BDU-ya təqdim edə bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi