Yuxarı

BDU 2015-ci il üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə qəbul planını açıqlayıb

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanları noyabrın 16-dan dekabrın 7-dək keçiriləcək

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bakı Dövlət Universiteti (BDU) 2015-ci il üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə qəbul planını açıqlayıb. "Report" xəbər verir ki, universitetin fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ümumilikdə 71 plan yeri ayrılıb.

Əyani doktorantura yerlərindən 26-sı dövlət hesabına, 45-i isə ödənişlidir. 

Dissertanturaya qəbul planı üçün 67 yer nəzərdə tutulub ki, onlardan 56 yer dövlət hesabına, 11 yer isə ödənişli əsaslarla olacaq.

Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul planının açıqlandığı elm sahələri arasında Riyaziyyat, Mexanika, Astronomiya, Fizika, Kimya, Biologiya, Yer, Texnika və İqtisad Elmləri, Coğrafiya, Tarix, Hüquq və Filologiya Elmləri, Pedaqogika, Siyasi Elmlər, Psixologiya, Sosiologiya və Fəlsəfə yer alıb.

Bundan başqa, elmlər doktoru proqramı üzrə doktoranturaya 9, dissertanturaya isə 4 yer ayrılıb ki, bütün yerlər dövlət hesabına olacaq.

Elmlər doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul planının açıqlandığı elm sahələri arasında Riyaziyyat, Biologiya, Yer, Texnika Elmləri, Tarix, Hüquq elmləri, Filologiya, Siyasi Elmlər və Fəlsəfə var. 

Xatırladaq ki, doktoranturaya sənədlərin qəbulu oktyabrın 7-dən noyabrın 2-dək BDU-nun əsas binasında, Magistratura və Doktorantura şöbəsində aparılacaq. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanları noyabrın 16-dan dekabrın 7-dək keçiriləcək.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi