BBMM gələn il Fransa və İtaliyanın 3 universiteti ilə saziş imzalayacaq

BBMM gələn il Fransa və İtaliyanın 3 universiteti ilə saziş imzalayacaq "Hazırda dünyanın 15 universitetində Azərbaycanın multikultural dəyərləri təbliğ olunur"
Elm və təhsil
20 Dekabr , 2016 19:20
BBMM gələn il Fransa və İtaliyanın 3 universiteti ilə saziş imzalayacaq

Bakı 20 dekabr. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) multikulturalizmi fənninin tədrisi layihəsi çərçivəsində 2017-ci ildə Fransa və İtaliyanın daha 3 universiteti ilə saziş imzalayacaq.

"Report" xəbər verir ki, bunu BBMM-nin müşaviri, professor Aytən Qəhrəman deyib.

O bildirib ki, “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə böyük diqqət yetirir: "Hazırda 38 yerli və dünyanın tanınmış 15 universitetində Azərbaycanın multikultural dəyərləri təbliğ və təşviq edilir. 2017-ci ildə Mərkəz Azərbaycan multikulturalizmi fənninin tədrisi layihəsi çərçivəsində Fransa və İtaliyanın daha 3 universiteti ilə saziş imzalamağı nəzərdə tutur". 

Son xəbərlər

Orphus sistemi