Batumidə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı kecirilib

Batumidə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı kecirilib Tədris ödənişsiz əsasda keçiriləcək
Elm və təhsil
14 Oktyabr , 2017 21:15
Batumidə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı kecirilib

Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş konsulluğu tərəfindən Batumidə yaşayan soydaşlarımızın uşaqlarına doğma dilini, tarixini öyrətmək üçün “Bazar Günü“ məktəbinin acılış mərasimi kecirilib.

"Report"un məlumatına görə, baş konsul Rəşad İsmayılov tədbiri açaraq, Azərbaycanda uşaqlara olan dövlət qayğısından danışıb, ümummilli lider Heydər Əliyev tərəfindən uşaqlarla bağlı həyata keçirilməyə başlanılmış siyasət haqqında məlumat verib.

Baş konsul cıxışında həmcinin Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uşaqlara göstərilən diqqət və qayğını tədbir iştirakcılarının diqqətinə çatdırıb.

Qeyd edək ki, “Bazar günü” məktəbində 30-dan artıq soydaşımız ödənişsiz təhsil alacaqlar.

Son xəbərlər

Orphus sistemi