Yuxarı
    Bağlamaq

    BANM və TP Engineering şirkəti arasında müqavilə imzalanıb

    © BANM

    Bakı. 18 dekabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbi (BANM) və TP Engineering şirkəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

    Bu barədə "Report"a BANM-dən məlumat verilib.

    İmzalama mərasimində Ali Məktəbin rəhbərliyi, müəllimləri və tələbələri, TP Engineering şirkətinin baş meneceri Rüstəm İsmayılov, layihə meneceri Arunas Kontutis və digər nümayəndələr iştirak ediblər.

    Memoranduma əsasən Ali Məktəbin tələbələri Avropa, Rusiya və Yaxın Şərq ölkələrində mühəndislik üzrə xidmətlər göstərən, bu sahədə müxtəlif layihələr həyata keçirən TP Engineering şirkətilə əməkdaşlıq edəcək, həmçinin müxtəlif təlimlər keçəcəklər.

    Ali Məktəbin rektoru Elmar Qasımov şirkətin rəhbərliyinə BANM-ə olan böyük marağa və göstərdikləri təşəbbüsə görə təşəkkür edib. Rektor TP Engineering şirkətinin layihələrinin və onun həm mühəndis, həm İT mütəxəssislərindən ibarət heyətinin tələbələrin profesional inkişafında böyük rol oynayacağına əmin olduğunu bildirib.

    TP Engineering şirkətinin baş meneceri Rüstəm İsmayılov BANM və təmsil etdiyi şirkətin gələcək əməkdaşlıq istiqamətlərinə həsr olunan prezentasiya ilə çıxış edib. O, şirkətin tələbələr üçün nəzərdə tutduğu 4 mərhələli inkişaf prorqamını iştirakçıların nəzərinə çatdırıb. Proqrama əsasən ilkin fazada tələbələrə şirkət tərəfindən seminar və treninqlər keçiriləcək, ikinci fazada tələbələr müxtəlif sistemlərdə problemlərin həlli üzərindən test ediləcək, üçüncü fazada tələbələr müxtəlif transmilli şirkətlərdə təcrübə proqramı keçəcək, sonuncu fazada isə onlar həmin şirkətlərin real layihələri üzərində çalışacaqlar.

    Tələbələr təqdimata böyük maraq göstərərək sonda baş menecerə çoxlu suallar ünvanlayıblar. 

    Qeyd edək ki, proqramın növbəti ilin ilk aylarından etibarən reallaşdırılması nəzərdə tutulur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi