Yuxarı

BANM və Akademik Zərifə Əliyeva adına lisey arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Rektor Elmar Qasımov: Akademik Zərifə Əliyeva adına Liseyin məzunları BANM-in ən yaxşı tələbələridir

Bakı. 22 aprel. REPORT.AZ/ Bakı Ali Neft Məktəbi və akademik Zərifə Əliyeva adına Lisey arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Ali Məktəbin rektoru Elmar Qasımov Akademik Zərifə Əliyeva adına Liseyin yüksək tədris və təlim-tərbiyə ilə bağlı xüsusiyyətləri birləşdirən bir təhsil ocağı olduğunu bildirib. O, BANM-də müxtəlif ixtisaslar üzrə təhsil alan liseyin məzunlarının bilik səviyyəsinin yüksək olduğunu deyib. Rektor BANM və Akademik Zərifə Əliyeva adına Lisey arasında olan əməkdaşlığın bundan sonra daha da inkişaf etdirilməsi məqsədilə geniş əməkdaşlığın qurulması üçün müqavilə imzalandığını diqqətə çatdırıb. Müqavilədə liseydə təhsil alan şagirdlərin mühəndislik ixtisaslarına marağının və motivasiyasının artırılması istiqamətində zəruri maddi-texniki, elmi-metodiki və təşkilati tədbirlərin birgə həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. E.Qasımov əməkdaşlıq müqaviləsinin bağlanmasının ikitərəfli əlaqələrin inkişafına töhfəverəcəyinə əminlik ifadə edib. Rektor Akademik Zərifə Əliyeva adına Liseyin Azərbaycanın görkəmli oftalmoloq alimi, akademik Zərifə xanım Əliyeva kimi elm xadiminin adını daşımasının böyük məsuliyyət olduğunu və bu liseyin hazırda bu şərəfli adı doğrultduğunu vurğulayıb.

Akademik Zərifə Əliyeva adına Liseyin direktoru Mehriban Vəliyeva BANM-in rəhbərliyinə təşəkkür edərək ikitərəfli əməkdaşlığın genişlənməsindən, bununla liseyin şagirdləri və gələcək məzunları üçün daha geniş imkan yaranmasından şad olduğunu bildirib. O, Azərbaycanın ən nüfuzlu təhsil ocağı olan BANM-in tələbəsi adını qazandıqları üçün liseyin məzunları ilə qürur hissi keçirdiyini deyib. M.Vəliyeva liseyin Azərbaycanın görkəmli oftalmoloq alimi, akademik Zərifə xanım Əliyevanın adını daşımasınınböyük şərəf və fəxr olmaqla yanaşı, böyük məsuliyyət olduğunu bildirib və bu adı doğrultmağa çalışdıqlarını deyib.

Sonra əməkdaşlıq haqqında razılaşma imzalanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi