Yuxarı
    Bağlamaq

    BANM-in tələbəsinə “SOCAR-AQŞ” təqaüdü ayrılıb

    O, orta təhsilini Tovuzun Əlimərdanlı kəndindəki orta məktəbdə alıb

    Bakı. 14 oktyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) "Neft-qaz mühəndisliyi" ixtisası üzrə təhsil alan V kurs tələbəsi İbrahim Məmmədov son iki semestr üzrə ən yaxşı nəticə göstərən tələbələr arasından seçilərək "SOCAR-AQŞ" şirkətinin Tələbə Təqaüdü proqramının 2016/2017-ci tədris ili üzrə təqaüdünü qazanıb. 

    Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    "SOCAR-AQŞ" şirkətinin nümayəndələri tərəfindən keçirilən müsahibədə uğur qazanan İbrahim Məmmədov bu tədris ili ərzində şirkətin təqaüdünü alacaq.

    Qeyd edək ki, Məmmədov İbrahim Vilayət oğlu 1995-ci ildə Tovuzda anadan olub. O, orta təhsilini Tovuzun Əlimərdanlı kəndindəki orta məktəbdə alıb. 2012-ci ildə 636 balla BANM-in “Neft qaz mühəndisliyi” ixtisasına daxil olub. İbrahim Məmmədov həmçinin BP-də yay məktəbində olub. 2015-ci ildə o, Azercell şirkəti tərəfindən tələbə təqaüdünə də layiq görülüb.

    Xatırladaq ki, keçən il də "Neft-qaz mühəndisliyi" ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Eltun Sadıqov son iki semestr üzrə ən yaxşı nəticə göstərmiş beş tələbə arasından seçilərək "SOCAR-AQŞ" şirkətinin təqaüdünü qazanmışdı.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi