Yuxarı
    Bağlamaq

    BANM-ın tələbəsi Gənclər Fondunun qrant layihəsini reallaşdırıb

    Bakı. 7 fevral. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Prezident yanında Gənclər Fondunun elan etdiyi 10-cu qrant müsabiqəsinin qalibi olub. 

    Ali Məktəbdəb "Report"a verilən məlumata görə, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 5-ci kurs tələbəsi Elvin İsmayılov müəllifi olduğu “Gənc 3D Printer Mühəndisləri” adlı layihəsini uğurla həyata keçirib.

    BANM-ın təşkilatı dəstəyi ilə icra edilən layihənin Ali Məktəbdə yekun mərasimi keçirilib. Tədbirdə Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının təsisçisi Rəhman Rəsulzadə, layihədə maraqlı olan BANM-ın və digər universitetlərin tələbələri iştirak ediblər.

    Rəhman Rəsulzadə Ali Məktəbin və onun yetişdirdiyi bacarıqlı tələbələrin fəaliyyətini yüksək qiymətləndirib və layihə haqqında öz fikirlərini paylaşıb.

    Qeyd edək ki, beş təlimdən ibarət olan layihə üçün 23 dekabrdan bugünədək təlimlər həyat keçirilib. Gənc iştirakçılar təlimlərdə 3D Printerlərin işləmə prinsipi, onların aparat təminatı, 3 ölçülü modelləşdirmə, 3 ölçülü təsviroxuma, kompüter köməyi ilə dizayn proqramları, 3D çapın reallaşdırılması və digər əlaqəli mövzuları nəzəri və tətbiqi şəkildə mənimsəməyə çalışıblar. İştirakçılar öyrəndikləri nəzəri bilikləri sınaqdan keçirmək üçün real olaraq 3D printerlə işləmələr ediblər.

    Layihədə iştirak müsahibə yolu ilə keçirilib və seçimdə qalib gələn müxtəlif universitetlərin tələbələri iştirak hüququ qazanıblar. İştirakçılar arasında 10-12 noyabr 2017-ci ildə Kosta-Rikada keçirilmiş Dünya Robot Olimpiadasında (World Robot Olympiad 2017) ilk dəfə olaraq Azərbaycanı təmsil etmiş Qarabağ RC komandasının üzvləri də olub.

    Təlimlərdə uğurla iştirak edən tələbələr sertifikat və müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi