Yuxarı
    Bağlamaq

    BANM-ın tələbələri SOCAR-ın təlim mərkəzində təhlükəsizlik təlimləri keçiblər

    Təlim mərkəzində tələbələrə həmçinin üzgüçülük dərsləri də keçirilib
    © BANM

    Bakı. 22 yanvar. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri SOCAR-ın təşkil etdiyi “Stasionar dəniz platformalarının və üzən qazma qurğularının heyətləri üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat” adlı kursda iştirak ediblər.

    Ali Məktəbdən "Report"a verilən məlumata görə, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) “Dənizdə insan həyatının mühafizəsi” üzrə təlim mərkəzində keçirilən kurslara BANM-nin “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə təhsil alan 128 nəfər I kurs tələbəsi cəlb olunub.

    Qeyd edək ki, yanvarın 11-dən 19-dək davam edən təlimlər nəzəri və praktiki olmaqla iki hissədən ibarət olub. Nəzəri hissədə tələbələr ilkin olaraq dənizdə işləyən neftçilər və gəmi heyət üzvləri üçün sağ qalmaq metodikası, fərdi xilasetmə vasitələrindən istifadə qaydaları ilə tanış olublar. Həmçinin onlar təlimlər zamanı dəniz platformalarının heyətləri üçün təhlükəsizlik üzrə tanışlıq və yanğından mühafizə üzrə ilkin yanğınsöndürmə vasitələrindən istifadə haqda məlumatlandırılıblar. Praktiki hissədə isə tələbələr yuxarıda sadalanan qaydaların tətbiqini reallaşdırıblar.

    Təlim mərkəzində tələbələrə həmçinin üzgüçülük dərsləri də keçirilib.

    Qeyd edək ki, BANM və TTSİ arasında əməkdaşlıq haqqında müqavilə çərçivəsində reallaşdırılmış təlimlər beynəlxalq standartlara uyğun və Azərbaycanın qoşulduğu konvensiyaların tələbləri çərçivəsində həyata keçirilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi