Yuxarı
    Bağlamaq

    BANM-ın tələbələri “İlin ən yaxşı tələbələri” seçiliblər

    © BANM

    Bakı. 8 iyun. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) iki tələbəsi – “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 1-ci kurs tələbəsi Mahirə Əsədzadə və həmin ixtisasın 2-ci kurs tələbəsi Abdulla Əsgərzadə 25-ci Beynləlxalq Xəzər Neft və Qaz sərgi-konfransında ali məktəbə ən yüksək balla daxil olduqları və uğur əldə etdikləri üçün “İlin ən yaxşı tələbəsi” adına layiq görülüblər. 

    Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Tələbələr sertifikat və pul mükafatı ilə təltif olunublar.

    Qeyd edək ki, hər iki tələbə BANM-a 700 balla daxil olub. Abdulla Əsgərzadə BANM-a qəbul olduqdan sonra qısa bir müddətdə İELTS imtahanından 6.5 bal toplayaraq birbaşa Ali Məktəbin 2-ci kursuna qəbul olunub. Mahirə Əsədzadə isə 2 milyard ton neftin hasilatı ilə bağlı keçirilən böyük tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin qarşısında möhtəşəm çıxışı ilə hər kəsin rəğbətini qazanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi