BANM-in tələbələri Ermənistan prezidentinin hərbi cinayətkar kimi tanınması petisiyasına qoşulublar

BANM-in tələbələri Ermənistan prezidentinin hərbi cinayətkar kimi tanınması petisiyasına qoşulublar Petisiya həmçinin 20 Yanvar hadisəsinə dünya ictimaiyyəti tərəfindən siyasi qiymət verilməsi məqsədini də daşıyır
Elm və təhsil
30 Yanvar , 2015 15:25
BANM-in tələbələri Ermənistan prezidentinin hərbi cinayətkar kimi tanınması petisiyasına qoşulublar

Bakı. 30 yanvar. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) bütün əməkdaşları və tələbələri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdindəki İşçi Qrup tərəfindən BMT Təhlükəsizlik Şurasına müraciət məqsədilə “Serj Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyasına qoşulublar. “Report”un xəbərinə görə, bu barədə BANM İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilib

Petisiya həmçinin 20 Yanvar hadisəsinə dünya ictimaiyyəti tərəfindən siyasi qiymət verilməsi məqsədini də daşıyır.

BANM Tələbə Gənclər Təşkilatı, BANM-in Tələbə Həmkarlar Təşlkilatı, o cümlədən BANM-in YAP Gənclər Birliyi və “Neftçi Mühəndislər” Tələbə Elmi Cəmiyyətinin üzvləri hər birilazım olan imzanıntoplanılması istiqamətində aparılan təbliğat işində yaxından iştirak ediblər. “Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycan torpaqlarına qarşı erməni qəsbkarlığında, Dağlıq Qarabağın Ermənistan hərbi birləşmələri tərəfindən işğalında və Xocalı faciəsinin törədilməsində birbaşa iştirak edib. S.Sarkisyan beynəlxalq cinayətkar kimi törətdiyi əməllərə görə cavab verməlidir vəhərbi cinayətkar kimi tanınmalıdır”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdindəki İşçi Qrup tərəfindən BMT Təhlükəsizlik Şurasına müraciət məqsədilə “Serj Sərkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyasına start verilib.

Məqsəd Xocalı hadisələrinin birbaşa iştirakçısı olan Serj Sarkisyanın beynəlxalq cinayətkar kimi tanıdılmasıdır. İşçi Qrup Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səsi qısa müddətdə toplamağı planlaşdırır.

Son xəbərlər

Orphus sistemi