BANM-in 5 tələbəsi Qazaxıstanda birinci yeri tutub

BANM-in 5 tələbəsi Qazaxıstanda birinci yeri tutub Bakı Ali Neft Məktəbinin (BANM) Neft-Qaz Mühəndisləri Cəmiyyəti (SPE - Society of Petroleum Engineers) Qazaxıstanda keçirilən PetroBowl regional seçimlərində Azərbaycanı təmsil edərək birinci yerin qalibi olub.
Elm və təhsil
15 May , 2019 14:56
BANM-in 5 tələbəsi Qazaxıstanda birinci yeri tutub

Bakı Ali Neft Məktəbinin (BANM) Neft-Qaz Mühəndisləri Cəmiyyəti (SPE - Society of Petroleum Engineers) Qazaxıstanda keçirilən PetroBowl regional seçimlərində Azərbaycanı təmsil edərək birinci yerin qalibi olub.

Ali Məktəbdən "Report"a verilən məlumata görə, BANM-ın Neft-Qaz Mühəndisləri Cəmiyyətinin 5 tələbəsi Kanadada keçiriləcək PetroBowl Çempionatı çərçivəsində təşkil olunan Neft-Qaz Mühəndisləri Cəmiyyətinin İllik Texniki Konfrans və Sərgisində (SPE Annual Technical Conference and Exhibition - ATCE2019) ölkəmizi təmsil etmək hüququ qazanıb.

PetroBowl Çempionatındakı bu möhtəşəm uğurlarına görə BANM tələbələri Məhəmməd Əliyev, Nihad Abbasov, Gülay İbrahimova, Elmir Abilov və İsmayil Əkbərovu təbrik edir, növbəti yarışlarda müvəffəqiyyətlər arzulayırıq.

Qeyd edək ki, qeyri-hökumət təşkilatı olan SPE-nin əsas məqsədi tələbə və gənc mühəndislərin inkişafına töhfə vermək, neft sənayesinin bütün dünya üzrə təcrübəli mütəxəssislərini bir araya gətirmək, onlara elmi işlərini aparıb nəticələrini təqdim etmək,təcrübələrini paylaşmaq üçün müxtəlif konfranslar, forum, sammit və sərgilər keçirərək şərait yaratmaqdır.

Son xəbərlər

Orphus sistemi