Bakı. 21 sentyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) "Neftçilər günü" münasibətilə tədbir və Ali Məktəbə 2015/2016-cı tədris ilində qəbul olan tələbələr və onların valideynləri ilə görüş keçirilib. Bu barədə "Report"a BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Mərasimdə çıxış edən rektor Elmar Qasımov 20 sentyabr gününün neftçilərin peşə bayramı kimi qeyd edilməsini Azərbaycan xalqının ümummili lideri Heydər Əliyev tərəfindən16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirildiyini xatırladıb.
Elmar Qasımov, həmçinin
Rektor Ali Məktəbin yeni kampusunun tikintisinin davam etdiyini də vurğulayıb: "Tələbələr regionda ən yüksək səviyyədə maddi-texniki təminatla təmin olunan kampusda oxuyacaqlar".
Tədbirin sonunda 2015/2016-cı tədris ilində Bakı Ali Neft Məktəbinə daxil olmuş tələbələrə noutbuklar hədiyyə olunub.