BANM daha bir yeniliyə imza atıb

BANM daha bir yeniliyə imza atıb Bakı. 12 iyun. REPORT.AZ/ Bakı Ali Neft Məktəbi (BANM) daha bir yeniliyə imza atıb.
Elm və təhsil
12 İyun , 2018 10:23
BANM daha bir yeniliyə imza atıb
BANM

Bakı. 12 iyun. REPORT.AZ/ Bakı Ali Neft Məktəbi (BANM) daha bir yeniliyə imza atıb.

Ali Məktəbin İctimaiyyətlə Əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, təhsil ocağında onun 360 dərəcə virtual turunun təqdimat mərasimi keçirilib. 

Təqdimatda BANM-ın rektoru Elmar Qasımov, Ali Məktəbin professor-müəllim heyəti və administrativ kollektivi iştirak ediblər.

E.Qasımov Ali Məktəbin dünya standartlarına cavab verən kampusunun və burada yaradılmış şəraitin cəmiyyətə reallıqda olduğu kimi göstərilməsinin labüdlüyünü bildirib. O qeyd edib ki, 360 dərəcə virtual tur ali məktəblərə seçim qarşısında olan tələbələrə, əcnəbi tələbələrə təəssürat yaratmaqda köməklik göstərəcək, bələdçi rolunu oynayacaq.

Daha sonra Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Xəyalə Fətullayeva 360 dərəcə panoramik çəkilişlərin mahiyyətindən və virtual turun özəlliklərindən danışıb, bu turun Ali Məktəbin təbliğatında böyük rol oyanayacağına əmin olduğunu bildirib.

Daha sonra tədbir iştirakçıları İctimaiyyətlə əlaqələr şöbəsinin redaktoru Sahib Kazımovun təqdimatında Ali Məktəbin kampusuna və Xətai korpusuna virtual səyahət edib və panelin strukturu ilə tanış olublar.

Artıq Bakı Ali Neft Məktəbilə maraqlanan hər bir kəs sadəcə bir klik etməklə onun saytından kampusa, orada tələbələr üçün yaradılmış şəraitə, laboratoriyalara, mühazirə otaqlarına, idman kompleksinə, tələbə evinə və s. rahat şəkildə virtual tur edə biləcək. Bunun üçün bu linkə daxil olmaq kifayətdir.

Son xəbərlər

Orphus sistemi