Yuxarı
    Bağlamaq

    BANM-da ilin ilk TEDxBHOS konfransı keçirilib

    Dinlə
    © BANM

    Bakı. 1 iyun. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) məşhur TED layihəsinin Azərbaycanda ilk konfransı - TEDxBHOS keçirilib. 

    Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, əsas məqsədi “Yayılmağa dəyər fikirlər” olan konfransa müxtəlif sahələrdən və universitetlərdən dinləyicilər qatılıb.

    Konfransda BANM-ın rektoru Elmar Qasımov BANM tələbələrinin həyata keçirdiyi TEDxBHOS layihəsinə gələn qonaqları salamlayaraq, konfransın qeyri-kommersiya təşkilatı olan TED-ın lisenziyası əsasında təşkil edildiyini bildirib. Daha sonra rektor tələbələri BANM-da bu böyük tədbiri təşkil etdikləri üçün təbrik edib.

    Qeyd edək ki, TEDxBHOS-da bir-birindən maraqlı 8 spiker öz innovativ və motivasiyaedici çıxışları ilə dinləyicilərin diqqətini cəlb edərək düşündürməyə sövq edib. Spikerlər arasında Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) direktoru Qvendolin Börçel, “Çox Yaşa” verilişinin aparıcısı Vasif İsmayıl, “Rafa Film” Prodakşn şirkətinin rəhbəri Təhminə Rafaella Cəbrayıl, BANM-ın “Əşyaların interneti” laboratoriyasının rəhbəri, YolGet.az – ın yaradıcısı Abbas Əlili, “Orkhanway Coaching” şirkətinin rəhbəri, biznes trener Orxan Şahbaz və digərləri yer alıblar.

    “Alternativ” mövzusu ətrafında baş tutan konfrans bir neçə saat davam edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi