Yuxarı
    Bağlamaq

    BANM-da 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edilib

    Bakı. 5mart. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) kampusunda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

     Ali Məktəbdən "Report"a verilən məlumata görə, tədbirə BANM-ın rektoru Elmar Qasımov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor xanım Hicran Hüseynova da qatılıb.

    Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

    E.Qasımov Hicran Hüseynovanın simasında BANM-da çalışan bütün xanım əməkdaşları və tələbələri qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Rektor Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə qadın hərəkatına böyük diqqət göstərdiyini və hər zaman xanımların fəaliyyətinə önəm verdiyini vurğulayıb. E.Qasımov cəmiyyətimizin inkişafında qadınların əvəzsiz rolundan danışıb və bu gün BANM-ın kollektivinin 60%-nin xanımlardan ibarət olduğunu söyləyib. Dövlətimizdə gender bərabərliyinin qorunaraq xanım rəhbərlərin çoxalmasına sevindiyini deyən rektor cəmiyyətdə qadınlar və onların problemlərinin həllinə yönəlmiş əvəzsiz fəaliyyətinə görə Hicran Hüseynovaya da xüsusi təşəkkürünü bildirib. 

    H.Hüseynova, öz növbəsində, BANM-ın xanım kollektivini qadınlar günü münasibətilə təbrik edib və uzun illər yüksək əmək göstəriciləri və peşəkar əmək fəaliyyətinə görə BANM-ın 6 əməkdaşını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Fəxri fərmanı ilə təltif edib.

    E.Qasımov BANM-ın fəaliyyətində uzun illər öz töhfəsini verən 7 xanım əməkdaşını da mükafatlandırıb, eyni zamanda Ali Məktəbin bütün xanım işçilərini və tələbələrinə hədiyyələr verib.

    Tədbir konsert proqramı ilə davam edib. Musiqili proqramda Azərbaycanın xalq artisti Azər Zeynalov, əməkdar artist Teymur Əmrah, əməkdar artist Gülüstan Əliyeva və BANM-ın Musiqi Klubunun üzvləri öz ifaları ilə xanımlar üçün bayram əhval-ruhiyyəsi yaradıblar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi