Yuxarı
    Bağlamaq

    BANM Bakıda keçirilən XXIV Beynəlxalq Xəzər Neft və Qaz sərgisində iştirak edib

    Ali Məktəbin ekspozisiyası sərgi iştirakçılarının, eləcə də xarici qonaqların xüsusi marağına səbəb olub© BANM

    Bakı. 6 iyun. REPORT.AZ/ Bakı Ali Neft Məktəbi (BANM) Bakıda keçirilən XXIV Beynəlxalq Xəzər Neft və Qaz sərgisində iştirak edib. 

    Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, sərginin açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev SOCAR-ın sərgi stendində təmsil olunan Ali Məktəbinin inkişafına, qısa bir müddətdə nail olduğu uğurlarına həsr olunan çap materialları, fotoşəkillər, bukletlər və broşurlarla tanış olub.

    SOCAR-ın stendi ilə tanışlıq zamanı dövlət başçısına şirkətin layihələri barədə məlumat verilib. Bildirilib ki, SOCAR bir sıra uğurlu proqramlar həyata keçirir. Prezident İlham Əliyevə SOCAR-ın təlim və təhsil proqramları, Bakı Ali Neft Məktəbinin fəaliyyəti, elmi-tədqiqat işləri və şirkətin işində əsas götürdüyü nano-texnologiyalar barədə məlumat verilib. BANM-in ekspozisiyası sərgi iştirakçılarının, eləcə də xarici qonaqların xüsusi marağına səbəb olub.

    Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin açılışında BANM-in rektoru Elmar Qasımov iştirak edib. O, həmçinin 1-2 iyun tarixində JW Marriott Absheron Baku hotelində keçirilən Xəzər Neft və Qaz-2017 konfransının nümayəndəsi olub. Rəqəmsal texnologiyaların tətbiqi ilə yüksək ixtisaslı kadrların hazırlanması haqqında konfransın iclasında E.Qasımov “Bakı Ali Neft Məktəbində Rəqəmsal texnologiyaların tətbiqi yüksəkixtisaslı mütəxəssis hazırlığına dəyərli töhfələr verilir” adlı məruzə ilə çıxış edib.

    BANM-in inkişafı, strukturu, tədris və elmi fəaliyyəti haqqında məlumat verən rektor ən müasir avadanlıq və qabaqcıl texnologiya ilə təchiz olunan yeni açılmış kampus, aparıcı transmilli şirkətlərlə və xarici universitetlərlə əməkdaşlıqlardan söz açıb.

    O, BANM-in bütün fəaliyyət sferalarında yeni müasir rəqəmsal texnologiyalardan istifadəsi haqqında ətraflı məlumat veriB. Onların sırasında - avtomatlaşdırılmış kitabxana idarəetmə sistemi, plagiatçılıq hallarının aşkar edilməsi üçün “Turnitin” şirkətinin proqramı, “Vision HW" və "Moodle" tədris idarəolunan elektron sistemi, biometrik elektron qeydiyyat sistemi və digər tədris prosesinin aspektlərini əhatə edən və onları effektiv artırılması edən sistemlər də mövcuddur.

    ITECA Caspian и ITE Group şirkətlərin təşkili ilə keçirilən XXIV Beynəlxalq Xəzər Neft və Qaz sərgisi Xəzər regionun enerji sektorunun ən önəmli tədbiri sayılır. Bu il sərgidə dünyanın 30 ölkəsini təmsil edən 300 şirkət iştirak edir. Beynəlxalq konfrans neft və qaz sənayesinin aktual məsələlərinin müzakirəsi üçün ənənəvi platforma sayılır. Bu il konfransda bir çox ölkələrdən gəlmiş 400-dən artıq nümayəndələr iştirak edib.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi