Yuxarı

​BANM Almaniya universitetləri ilə əlaqələrini genişləndirir

Bərpaolunan enerji, hüquqi və iqtisadi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb

Bakı. 5 may. REPORT.AZ/ Almaniyanın Boxum Rur Universitetindən Almaniya Bundestaqının sabiq üzvü, Boxum Rur Universitetinin Mədən və Enerji hüququ İnstitutunun təşviqi birliyinin fəxri sədri, Almaniyanın Xristian Demokratlar İttifaqı (CDU) partiyasının Təqaüdçülər Birliyinin (Senioren Union) federal sədri və həmçinin, CDU partiyasının rəyasət heyətinin üzvü, fəxri professor Otto Vulfunrəhbərliketdiyinümayəndə heyəti Bakıya səfəri çərçivəsində Bakı Ali Neft Məktəbində olub (BANM) və bu ali təhsil ocağının rəhbərliyi və professor-müəllim heyəti ilə görüş keçirib.

Bu barədə "Report"a Bakı Ali Neft Məktəbi İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib.

BANM-in rektoru Elmar Qasımov görüşdə Azərbaycan-Almaniya əlaqələrindən danışaraq, elm və təhsil sahəsində iki ölkə arasında əməkdaşlıqdan söz açıb. Elmar Qasımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılan Ali Məktəbin yaranma tarixi, qısa zaman çərçivəsində əldə etdiyi uğurları, fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri və yeni kampusu haqqında qonaqlara ətraflı məlumat verib. Rektor Elmar Qasımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” şüarının öz təsdiqini tapdığını vurğulayıb. Ali Məktəbin bir sıra beynəlxalq şirkətlərlə əməkdaşlıq etdiyini deyən rektor Elmar Qasımov BANM-in Almaniyanın E.ON şirkəti ilə əlaqələrinin qurulduğunu, həmçinin Almaniyanın Axen Universiteti ilə bərpaolunan enerji ilə bağlı əməkdaşlıq etdiyini bildirib. Rektor, həmçinin bildirib ki, Avropa təhsil sisteminin tələblərinə uyğun yaradılan Ali MəktəbAvropanın mühəndislik sahəsində fəaliyyət göstərən aparıcı təhsil müəssisələri ilə əlaqələrin qurulmasına xüsusi önəm verir. O, Almaniyanın Boxum Rur Universiteti ilə tələbə və professor-müəllim heyətinin mübadiləsi, tədris və tədqiqat sahəsində əməkdaşlıq etməyə maraqlı olduğunu qeyd edib.

Fəxri professor Otto Vulföz çıxışında Bakıya səfərdən məmnunluq bildirərək Azərbaycanın ən qabaqcıl ali təhsil ocağı olan BANM-in rəhbərliyinə səmimi qəbula görə təşəkkürünü bildirib. Almaniyanın ən böyük təhsil ocaqlarından biri olan Boxum Rur Universiteti haqqında danışan professor Otto Vulf sözü gedən universitetin Almaniyada bakalavr və magistr dərəcələri üzrə tədrisi tətbiq edən ilk universitetlərdən biri olduğunu bildirib. Qonaqlar Azərbaycanda yüksəkixtisaslı ingilisdilli mühəndis hazırlayan BANM ilə mümkün əməkdaşlığın perspektivləri haqqında müzakirələr aparıblar.

Görüşdə, həmçinin gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub və hər iki ali təhsil müəssisəsinin professor-müəllim heyəti arasındaenerji siyasəti, bərpaolunan enerji, hüquqi və iqtisadi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi