Yuxarı
    Bağlamaq

    “Baku Business Factory”də sudan ucuz və asan yollarla yanacaq qazı istehsal edən cihazın təqdimatı olub - FOTO

    Kiçik qurğunun hazırlanmasına 2500 manat vəsait sərf edilib və bir həftəyə başa gəlib

    Bakı. 26 aprel. REPORT.AZ/ “Baku Business Factory”nin (BBF) dəstəklədiyi bir neçə alternativ enerji layihəsi üzərində çalışan “Alternativ enerji” layihəsinin rəhbəri Valeh Arifzadənin ”İçməli sudan ucuz və asan yollarla yanacaq qazının alınması” layihəsini təqdimatı keçirilib.

    “Report” xəbər verir ki, layihə BBF-in əməkdaşlıq etdiyi İngiltərənin “TransTech Capital” şirkətinin rəhbərliyinə təqdim edilib.

    Kiçik qurğunun hazırlanmasına 2500 manat vəsait sərf edilib və bir həftəyə başa gəlib. Qurğu saatda təxminən 10 -12m3 hidrogen yanar qazı hasil edir və bunun üçün də maddi sərfiyyat saatda 0.20 qəpikdir.

    Sudan hidrogen qazı almaq üçün hazırlanan bu innovativ cihazın əsas üstünlüyü qiymətinin elə də yüksək olmaması, praktik dizaynı, portativliyi və təhlükəsizliyidir. Cihaz elektroliz prosesindən istifadə edilərək sudan yüksək keyfiyyətli hidrogen qazı əldə etməyə imkan verir.

    “TransTech Capital” şirkətinin rəhbərliyi alternativ enerji sahəsində hazırlanmış bu layihəni yüksək qiymətləndirib və öz tövsiyyələrini verib.

    Layihə ilə bağlı tərəflərin daha bir görüşünün keçirilməsi planlaşdırılıb.

    Xatırladaq ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi