Bakıda yəhudi məktəbində Holokost qurbanları yad edilib

Bakıda yəhudi məktəbində Holokost qurbanları yad edilib Antonius Bruk: "Biz məsuliyyət hissimizi artırmalı və müxtəlifliyə hörmətlə yanaşmalıyıq"
Elm və təhsil
27 Yanvar , 2015 17:48
Bakıda yəhudi məktəbində Holokost qurbanları yad edilib

Bakı. 27 yanvar. REPORT.AZ/ Bakıdakı "Xabad-Or-Avnər" yəhudi məktəbində Holokost qurbanlarının beynəlxalq anım gününə həsr edilmiş tədbir keçirilib.

"Report" xəbər verir ki, mərasim Bakı yəhudi icması tərəfindən təşkil olunub. Tədbirdə icma nümayəndələri, İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz, AŞ PA-nın Azərbaycandakı layihələrinin koordinatoru Aleksis Şahtaxtinski, BMT-nin Azərbaycandakı inkişaf proqramının rezident-koordinatoru Antonius Bruk iştirak edib.

A.Bruk öz çıxışında qeyd edib ki, bir milyondan artıq adam alman faşistlərinin cinayətinin qurbanı olub. O bildirib ki, hər il yanvarın 27-si Holokost qurbanlarının beynəlxalq anım günü kimi qeyd olunur: "Bu tarixi yadda saxlayıb qurbanların xatirəsini anmaq hələ azdır. Biz məsuliyyət hissimizi artırmalı və müxtəlifliyə hörmətlə yanaşmalıyıq ki, gələcək nəsillər bütün vətəndaşların hüquq və azadlıqlarını təmin edən cəmiyyət qura bilsin".

Son xəbərlər

Orphus sistemi