Paytaxdakı qəzalı məktəblərin siyahısı Təhsil Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinə göndərilib

Paytaxdakı qəzalı məktəblərin siyahısı Təhsil Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinə göndərilib Məhəbbət Vəliyeva: "Ən cətin vəziyyət 171 saylı məktəbdədir"
Elm və təhsil
3 Noyabr , 2016 17:00
Paytaxdakı qəzalı məktəblərin siyahısı Təhsil Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinə göndərilib

Bakı. 3 noyabr. REPORT.AZ/ "Hazırda Bakıda qəzalı vəziyyətdə olan bir neçə orta məktəb binası var".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

Ən cətin vəziyyətin 171 saylı məktəbdə olduğunu bildirən idarə müdirinin sözlərinə görə, iki korpuslu məktəbin qəzalı halda olan bir korpusunun şagirdləri digərinə köçürülüb: "Orada dərslər iki növbəli sistemdə aparılır. Bu hal təbii ki, müəyyən sıxlıq yaradaraq şagirdlərin təhsilinin keyfiyyətinə mənfi təsir göstərir".

M.Vəliyeva qeyd edib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi qəzalı məktəblərlə bağlı müvafiq təşkilatlar qarşısında məsələ qaldırır: "Qəzalı vəziyyətdə olan məktəblərin siyahısı həm Təhsil Nazirliyinə, həm də Bakı şəhəri İcra Hakimiyyətinə təqdim olunub. Çünki paytaxtdakı məktəblərdə əsaslı təmir işlərini əsasən Bakı şəhəri İcra Hakimiyyəti aparır".

Son xəbərlər

Orphus sistemi