Bakıda iyulun 21-dən 27-dək XV Avropa Gənclər Olimpiya Festivalı keçiriləcək.
"Report" xəbər verir ki, festivalda “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində, ümumilikdə, 49 ümumi təhsil məktəbi üzrə 800-dən çox şagird və müəllim heyətinin iştirakı nəzərdə tutulub.
Seçilmiş məktəblər 22-26 iyul tarixlərində onlara təhkim olunmuş ölkələrin mədəniyyətini, tarixini, incəsənətini və idman ənənələrini ölkəmizdə təbliğ edəcəklər. Bu məqsədlə Bakı şəhərindən 49 məktəb seçilib. Onlardan 48-i Avropa ölkələrini, 1-i isə Azərbaycanı təmsil edərək öz pavilyonlarını sərgiləyəcək. XV Avropa Gənclər Olimpiya Festivalına 50 Avropa ölkəsindən nümayəndə heyətinin qatılması nəzərdə tutulub.
Festivalda 10 idman növü üzrə (bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş) yarışlar keçiriləcək. Yarışlarda ölkəmizi paytaxt məktəbliləri təmsil edəcək.
Qeyd edək ki, paytaxt məktəblərində XV Avropa Gənclər Olimpiya Festivalına hazırlıqla əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi və