Bakıda “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” adlı beynəlxalq konfrans keçirilib - ƏLAVƏ OLUNUB

Bakıda “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” adlı beynəlxalq konfrans keçirilib - ƏLAVƏ OLUNUB Tədbirdə Nobel mükafatçısı Əziz Sancar, Azərbaycanın tanınmış elm və təhsil mərkəzlərinin rəhbərləri, alimlər iştirak edir
Elm və təhsil
14 İyun , 2017 10:22
Bakıda “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” adlı beynəlxalq konfrans keçirilib - ƏLAVƏ OLUNUB

Bakı. 14 iyun. REPORT.AZ/ Bakıda “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

"Report" xəbər verir ki, tədbir Təhsil Nazirliyinin dəstəyi, UNEC, Clarivate Analytics (Thomson Reuters), Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutub.  

Konfransda Nobel mükafatçısı Əziz Sancar, Azərbaycanın tanınmış elm və təhsil mərkəzlərinin rəhbərləri, alimlər iştirak edib.

Tədbirdə dünyanın nüfuzlu alimlərinin toplaşdığı elmi platformada elm və təhsilin problemləri, perspektivləri, universitetlərdə elmmetriyanın tətbiqi, elmin iqtisadiyyatı və maliyyələşdirilməsi, əqli mülkiyyət hüquqlarının və elmi etikanın qorunması ilə bağlı müzakirələr aparılıb.

Tədbiri giriş sözü ilə açan UNEC rektoru professor Ədalət Muradov deyib ki, bugünkü konfransın məhz universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli mövzusuna həsr edilməsi təsüdüfi deyil: “Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiya"sı əsas tutulmaqla universitetlərdə həyata keçirilən islahatlar nəticəsində ali məktəblərdən gözləntilər artıb. Universitetlər elm, təhsil, istehsal üçbucağı prizmasından qiymətləndirilir. Cəmiyyətdə artıq birmənalı olaraq qəbul edilir ki, praktika ilə əlaqəsi olmayan elm, elm və praktika ilə əlaqəsi olmayan təhsil, təhsil və elmlə əlaqəsi olmayan biznes mümkün deyil”.

Ə.Muradov bildirib ki, keyfiyyətli təhsil həm də ən ciddi, səmərəli, praktikada tətbiq edilə bilən biliklərin məhz təhsil prosesinə transformasiyasını özündə ehtiva edir: “Universitetlər insan kapitalı formalaşdıran ixtisaslaşmış müəssisələrdir. İnsan kapitalının dəyəri isə onun tətbiqi zamanı yarada biləcəyi əlavə dəyərin həcmi ilə ölçülür. Beləliklə, təhsil, elm, istehsal üçbucağında elm mərkəzi həlqəni təşkil edir və universitetlərdə elmi fəaliyyətin idarəedilməsinə ənənəvi yanaşmanı dəyişməsini zəruri edir. İnanıram ki, bu gün elmi fəaliyyətin idarəedilməsi istiqamətləri müzakirə ediləcək və faydalı tövsiyyələr veriləcək”.

Son xəbərlər

Orphus sistemi