Yuxarı

Bakıda ümumtəhsil məktəblərinin şagirdləri arasında "Ən yaxşı təqdimat" müsabiqəsi keçiriləcək

Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva əmr imzalayıb

Bakı. 18 mart. REPORT.AZ/ Bakıda ümumtəhsil məktəblərinin şagirdləri arasında "Ən yaxşı təqdimat" müsabiqəsi keçiriləcək. "Report"un xəbərinə görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva əmr imzalayıb.

Müsabiqə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ərəfəsində ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə baş tutacaq. 

Əmrə əsasən, təhsil müəssisələrinin rəhbərləri təqdim olunan Əsasnaməyə uyğun müsabiqənin yerlərdə təşkili ilə əlaqədar lazımi işlər görməli, əsasnamə və Bakı şəhər mərhələsinin keçirilməsi ilə əlaqədar təşkilat komitəsinin tərkibi təsdiq olunmalıdır.

Əmrin icrasına nəzarət müdir müavini Məmmədəli Kəsəmənliyə həvalə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi