Yuxarı

​Bakıda Türkiyə universitetlərinin qəbul günləri keçirilir

“Report” İnformasiya Agentliyi sərginin informasiya tərəfdaşıdır

Bakı. 6 avqust. REPORT.AZ/ "Təhsil" Cəmiyyəti və "Akademi Group" Təhsil Mərkəzinin təşkilatçılığı ilə Bakıda Türkiyə universitetlərinin qəbul günləri keçirilir.

"Report" İnformasiya Agentliyi sərginin informasiya tərəfdaşıdır.

Məlumata görə, Türkiyənin özəl universitetlərinin və yataqxanalarının iştirakı ilə təşkil olunan xüsusi sərgidə təhsil ocaqlarına ödənişsiz tələbə qeydiyyatı həyata keçirilir. Tədbirdə tələbələrə sərfəli şərtlərlə ödəmə imkanları təklif edilir. Onlara yüksək keyfiyyətli təhsil imkanı, yataqxanalar və digər məsələlər barəsində ətraflı məlumat verilir.

"Akademi Group" Təhsil Mərkəzinin Türkiyə lahiyələri üzrə rəhbəri Razi Vəliyev bildirib ki, Türkiyənin dövlət ali məktəblərində təhsil haqqı 200-300 dollardan başlayır və 1500 dollara qədər dəyişir: "Özəl universitetlərdə təhsil haqqı 3000-4000 dollardan başlayaraq artır. Attestatla gedən tələbə Türkiyənin böyük şəhərlərində olan universtetləri istəyirsə, daha çox özəl məktəbləri seçir. Attestatla dövlət universitetlərini seçənlər nisbətən kiçik şəhərlərdə olan təhsil ocaqlarını seçirlər".

İştirakçılar "Virtual reallıq" gözlükləri ilə sərgiyə çıxarılan universitetlərin kampusunu real formatda görmək imkanı da əldə edə bilərlər.

Sərgidə Bahçeşehir Universiteti, İstanbul Aydın Universiteti, Beykent Universiteti, Doğuş Universiteti, Kavram Peşə Akademiyası, TED Universiteti, Üsküdar Universiteti və dil kursları, Türkiyədə qiyabi təhsil mərkəzi, Türkiyə yataqxanaları iştirak edirlər. 

Tədbir avqustun 7-dək davam edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi