Yuxarı

Bakıda Polşa-Azərbaycan əlaqələri müzakirə edilib

“Polşa-Azərbaycan əməkdaşlığının inkişaf perspektivləri” mövzusunda dəyirmi masa keçirilib

Bakı. 18 mart. REPORT.AZ/ Polşa-Azərbaycan Əməkdaşlıq Assosiasiyanın prezidenti David Tsetsuda, Varşava Universitetinin professoru Yaroslav Turlukovski, habelə polşalı tələbələrdən ibarət nümayəndə heyəti Bakı Slavyan Universitetində (BSU) qonaq olublar.

"Report"un məlumatına görə, Ali təhsil müəssisəsinin rektoru, professor Asif Hacıyev BSU-da fəaliyyət göstərən Polyak dili və mədəniyyəti Mərkəzi haqqında qonaqlara məlumat verib. BSU-nun xarici universitetlərlə, o cümlədən Varşava Universiteti ilə əlaqələrindən söhbət açan rektor bu əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə inandığını vurğulayıb.

Görüş çərçivəsində BSU-nun polşaşünaslıq üzrə təhsil alan tələbələri ilə polşalı tələbələr arasında açıq dialoq qurulub, Azərbaycan və Polşa arasında mövcud olan mədəni əlaqələr, tərcümə problemləri, o cümlədən təhsil məsələləri müzakirə olunub.

Polşa-Azərbaycan Əməkdaşlıq Assosiasiyanın yaranması barədə danışan polşalı tələbələr azərbaycanlı tələbələrlə əməkdaşlıq etmək arzusunda olduqlarını bildiriblər.

Bakalavr təhsilini BSU-da başa vurduqdan sonra Polşada magistratura üzrə təhsilini davam etdirən, Polşa-Azərbaycan Əməkdaşlıq Assosiasiyanın vitse-prezidenti Cavidan Şərbətov BSU tələbələri ilə polyak dilinə yiyələnmək barədə öz təcrübəsini tələbələrlə bölüşüb.

Polyak dili və mədəniyyəti Mərkəzində keçirilən dəyirmi masada BSU tərəfindən polyak dilində çap olunmuş Azərbaycan ədəbiyyatı nümunələri də qonaqlara təqdim edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi