Bakı. 8 aprela. REPORT.AZ/ Azərbaycanda Macarıstanın böyük və nüfuzlu universitetlərinin təqdimatı keçiriləcək.
"Report"un məlumatına görə, təqdimat "Study in Hungary" təşkilatının təşkilatçılığı ilə aprelin 12-də olacaq.
Təqdimatda Macarıstanın Beynəlxalq Biznes Məktəbi, Corvinus universiteti, Debretsen universiteti, ELTE universiteti, SZİU universiteti, Peç universiteti və digər universitetləri barədə məlumat veriləcək.