Bakıda IV Beynəlxalq Muğam Festivalı keçiriləcək

Bakıda IV Beynəlxalq Muğam Festivalı keçiriləcək Təhsil naziri festivalın keçirilməsi ilə bağlı əmr imzalayıb
Elm və təhsil
4 Fevral , 2015 18:00
Bakıda IV Beynəlxalq Muğam Festivalı keçiriləcək

Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov IV Respublika muğam müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Məqsəd istedadlı muğam ifaçılarının üzə çıxarılması və onların IV Beynəlxalq Muğam Festivalında iştirakının təmin edilməsidir. Əmrə əsasən, IV Respublika muğam müsabiqəsi cari ilin fevral ayında Bakı şəhərində keçiriləcək.

Əmrdə o da qeyd olunur ki, müsabiqənin əsasnaməsi, təşkilat komitəsinin, münsiflər heyətinin tərkibləri və müsabiqənin xərclər smetası təsdiq olunmalı, İqtisadiyyat şöbəsi  təsdiq edilmiş xərclər smetasına uyğun olaraq 2015-ci ilin dövlət büdcəsinin xərclərinin “Təhsil” bölməsində nəzərdə tutulmuş vəsaitdən müvafiq məbləğdə vəsaitin Azərbaycan Milli Konservatoriyasına ayrılmasını təmin etməli, Azərbaycan Milli Konservatoriyası (Siyavuş Kərimi) ayrılmış vəsaitin təsdiq olunmuş xərclər smetasına uyğun olaraq təyinatı üzrə məqsədyönlü şəkildə xərclənməsini və bu barədə hesabatın nazirliyə təqdim olunmasını təmin etməlidir.

Qaliblərin seçilməsi Azərbaycan Milli Konservatoriyasına (Siyavuş Kərimi) və Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinə (N.Kazımov) həvalə edilib. Əmrin icrasına nəzarət isə nazir müavini Firudin Qurbanova həvalə olunub.

Son xəbərlər

Orphus sistemi